Prezident İlham Əliyev: "2017-ci ili iqtisadi, sosial, beynəlxalq siyasət sahələrində uğurlarla başa vururuq"

Prezident İlham Əliyev: "2017-ci ili iqtisadi, sosial, beynəlxalq siyasət sahələrində uğurlarla başa vururuq" Dövlət başçısı: "Biz bütün problemləri, insanları narahat edən məsələləri həll etməliyik"
Daxili siyasət
16 Noyabr , 2017 14:03
Prezident İlham Əliyev: 2017-ci ili iqtisadi, sosial, beynəlxalq siyasət sahələrində uğurlarla başa vururuq

Bakı. 16 noyabr. REPORT.AZ/  "Biz 2017-ci ili bütövlükdə iqtisadi, sosial, beynəlxalq siyasət sahələrində yaxşı nəticələrlə, uğurlarla başa vururuq."

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 16-da Abşeron Olimpiya İdman Kompleksinin açılışında deyib.

Dövlət başçısının sözlərinə görə, bu, bir daha göstərir ki, Azərbaycanda inkişaf dayanıqlıdır və uğurludur: "Növbəti illərdə Azərbaycan ancaq və ancaq yüksək sürətlə, böyük uğurlarla irəliyə gedəcək. Qarşıda duran vəzifələr hələ çoxdur. Biz bütün problemləri, insanları narahat edən məsələləri həll etməliyik. Həm Bakının, həm böyük şəhərlərin, ən xırda kəndin də problemi diqqət mərkəzində olmalıdır".

Son xəbərlər

Orphus sistemi