Prezident İlham Əliyev 2017-ci ili Azərbaycanda İslam Həmrəyliyi İli elan edib

Prezident İlham Əliyev 2017-ci ili Azərbaycanda İslam Həmrəyliyi İli elan edib Bu il İslam Həmrəyliyi Oyunları Bakıda keçiriləcək
Daxili siyasət
10 Yanvar , 2017 14:05
Prezident İlham Əliyev 2017-ci ili Azərbaycanda İslam Həmrəyliyi İli elan edib

Bakı. 10 yanvar. REPORT.AZ/ Azərbaycanda 2017-ci il İslam Həmrəyliyi İli elan olunub.

"Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Qeyd edək ki, bu il 12-22 may tarixlərində IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. İdman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6 000 yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi