Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev Pirallahı qəsəbəsində aparılan abadlıq-quruculuq işləri ilə tanış olub

    Qəsəbədə bazar, ticarət mərkəzləri və yanacaqdoldurma məntəqəsinin inşası nəzərdə tutulub

    Bakı. 15 oktyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Pirallahı qəsəbəsində aparılan abadlıq-quruculuq işləri ilə tanış olub. “Report”un xəbərinə görə, prezidentə məlumat verilib ki, Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca yaşayış binalarının fasadlarının təmirinə başlanılıb. Binaların fasadlarının yenilənməsi, giriş qapılarının və dam örtüyünün təmiri istiqamətində işlər aparılır, şəhərsalma və tikinti normalarına cavab verməyən kiçik və yarımçıq tikililər sökülür, ərazilər təmizlənərək abadlaşdırılır. Binalar təsdiq olunmuş layihə əsasında əsaslı təmir edilir.

    Pirallahı qəsəbəsində sakinlərin rahatlığının təmin edilməsi məqsədilə bazar, ticarət mərkəzləri və yanacaqdoldurma məntəqəsinin inşası nəzərdə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi