​Prezident I Avropa Oyunlarının açılışında iştirak edən dövlət və hökumət başçıları ilə birgə şam edib

​Prezident I Avropa Oyunlarının açılışında iştirak edən dövlət və hökumət başçıları ilə birgə şam edib Rəsmilər İlham Əliyevi açılış mərasiminin uğurla keçməsi münasibətilə təbrik ediblər
Daxili siyasət
13 İyun , 2015 22:13
​Prezident I Avropa Oyunlarının açılışında iştirak edən dövlət və hökumət başçıları ilə birgə şam edib

Bakı. 14 İyun. REPORT.AZ/ İyunun 12-də Azərbaycan prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilk Avropa Oyunlarının açılış mərasimində iştirak edən dövlət və hökumət başçıları, yüksək səviyyəli qonaqlar ilə birgə şam ediblər.

"Report" xəbər verir ki, şam yeməyində dövlət və hökumət başçıları, yüksək vəzifəli şəxslər İlham Əliyevi və xanımı Mehriban Əliyevanı açılış mərasiminin uğurla keçməsi münasibətilə təbrik ediblər.

Möhtəşəm açılış mərasimi müstəqillik dövründə ölkəmizin əldə etdiyi uğurları, möhkəmlənən beynəlxalq imicini, iqtisadi qüdrətini, dinamik sosial-iqtisadi inkişafını, beynəlxalq tədbirlərin təşkilində zəngin təcrübəsini, idmançılarımızın ən nüfuzlu beynəlxalq yarışlarda qazandıqları nailiyyətləri, Bakının planetin ən gözəl şəhərlərindən birinə çevrildiyini bir daha təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi