​Prezident hakimlərin təltif edilməsi haqqında sərəncamlar imzalayıb

​Prezident hakimlərin təltif edilməsi haqqında sərəncamlar imzalayıb İki nəfər “Əməkdar hüquqşünas” fəxri adları ilə təltif edilib
Daxili siyasət
20 May , 2015 02:11
​Prezident hakimlərin təltif edilməsi haqqında sərəncamlar imzalayıb

Bakı. 20 may. REPORT.AZ/ Prezident İlham Əliyev ötən gün hakim vəzifəsini nümunəvi yerinə yetirdiklərinə, Məhkəmə-Hüquq Şurasında və Hakimlərin Seçki Komitəsində səmərəli fəaliyyətlərinə görə Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsi üzvlərinin, habelə Azərbaycan Respublikası hakimlərinin bir qrupunun yüksək fəxri adlar, orden və medallarla təltif olunması barədə sərəncamlar imzalayıb.

"Report" xəbər verir ki, sərəncamlara əsasən, iki nəfər “Əməkdar hüquqşünas” fəxri adları ilə təltif edilib.

Dövlət başçısının digər sərəncamı ilə iki nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, beş nəfər “Tərəqqi” medalları ilə təltif olunub.

Son xəbərlər

Orphus sistemi