Prezident Gəncə Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayırıb

Prezident Gəncə Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayırıb Bakı. 26 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Gəncə şəhərində yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Daxili siyasət
26 Sentyabr , 2018 18:23
Prezident Gəncə Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayırıb

Bakı. 26 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Gəncə şəhərində yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Gəncə şəhərində abadlıq-quruculuq işlərini davam etdirmək, o cümlədən avtomobil yollarının əsaslı təmiri və şəhərin küçələrinin işıqlandırılması işlərini həyata keçirmək üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi