Yuxarı

Prezident “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6 milyon manat ayrılıb

Bakı. 7 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla əhalinin özünüməşğulluğuna kömək göstərilməsi üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi