Prezident: “Böyük dövlət və özəl şirkətləri “Made in Azerbaijan” brendini təbliğ etmə işinə cəlb etməliyik”

Prezident: “Böyük dövlət və özəl şirkətləri “Made in Azerbaijan” brendini təbliğ etmə işinə cəlb etməliyik” “Xüsusilə burada dövlət qurumlarından söhbət gedir”
Daxili siyasət
17 Aprel , 2017 16:25
Prezident: “Böyük dövlət və özəl şirkətləri “Made in Azerbaijan” brendini təbliğ etmə işinə cəlb etməliyik”

Bakı. 17 aprel. REPORT.AZ/ “Qeyd etdiyim kimi, “Made in Azerbaijan” brendi artıq dünyada özünü göstərir və dövlət xətti ilə bu brendin təbliği istiqamətində işlər gedir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində bildirib.

“Biz, eyni zamanda, böyük dövlət və özəl şirkətlərini də bu işə cəlb etməliyik ki, onlar da fəaliyyət göstərdikləri ölkələrdə bu brendi təbliğ etsinlər. Xüsusilə burada dövlət qurumlarından söhbət gedir. O şirkətlər ki, onların xaricdə geniş fəaliyyət dairəsi var, ilk növbədə, Dövlət Neft şirkəti - SOCAR, Azərbaycan Hava Yolları - AZAL, Dəmir Yolu və digər böyük dövlət şirkətlərimiz xarici tərəfdaşlarla təmasdadırlar, xarici ölkələrdə fəaliyyət göstərirlər. Onlar “Made in Azerbaijan” brendinin təbliğində fəal iştirak etməlidirlər və müntəzəm olaraq dövlət qurumlarına məlumat verməlidirlər ki, bu brendin təbliğində hansı işləri görüblər. Ola bilər İqtisadiyyat Nazirliyi onlar üçün xüsusi bir tövsiyə, necə deyərlər, metodiki kitabça da hazırlasın ki, onlar bu işi planlı şəkildə aparsınlar. Çünki bunu hamı yaxşı bilir ki, reklam, əlbəttə, ticarətin ayrılmaz hissəsidir”, - dövlət başçısı əlavə edib.

Son xəbərlər

Orphus sistemi