Prezident: “Biz uzunmüddətli dayanıqlı inkişaf barədə düşünürük”

Prezident: “Biz uzunmüddətli dayanıqlı inkişaf barədə düşünürük” “4,5 milyard dollar həcmində artan valyuta ehtiyatlarımız doqquz ayın ən uğurlu məsələlərindən biridir”
Daxili siyasət
9 Oktyabr , 2017 13:11
Prezident: “Biz uzunmüddətli dayanıqlı inkişaf barədə düşünürük”
President.az

Bakı. 9 oktyabr. REPORT.AZ/ "Bu ilin doqquz ayında Azərbaycan uğurla və hərtərəfli inkişaf edib, bütün sahələrdə dinamik inkişaf təmin edilib."

“Report”un xəbərinə görə, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

O, iqtisadi göstəricilərin müsbət olduğunu vurğulayıb. Dövlət başçısı ilin doqquz ayında qeyri-neft iqtisadiyyatının 2,5 faiz artdığını qeyd edərək, bunun son illərdə aparılan siyasətin nəticəsi olduğunu bildirib. Qeyd edib ki, bu dövrdə qeyri-neft sektorunun sənaye hissəsində artım 3,1 faiz, kənd təsərrüfatında 2,8 faiz təşkil edib, xarici ticarət dövriyyəsi 7 faiz artıb. 

Prezident İlham Əliyev vurğulayıb ki, doqquz ayda Azərbaycanın valyuta ehtiyatları 42 milyard dollar səviyyəsində olub. “Biz uzunmüddətli dayanıqlı inkişaf barədə düşünürük”, - deyən dövlət başçısı iqtisadi imkanlarımızın müstəqilliyimizin əsas şərtlərindən biri olduğunu bildirib. 

“4,5 milyard dollar həcmində artan valyuta ehtiyatlarımız doqquz ayın ən uğurlu məsələlərindən biridir”, -  Prezident vurğulayıb.

Son xəbərlər

Orphus sistemi