Prezident: "Azərbaycan qadınları keçmişimizin taleyüklü anlarında vəzifələrinin öhdəsindən layiqincə gəliblər"

Prezident: "Azərbaycan qadınları keçmişimizin taleyüklü anlarında vəzifələrinin öhdəsindən layiqincə gəliblər" Xalqımız çoxəsrlik tarixinin bütün dövrlərində qadını ülviyyətin təcəssümü sayıb və ona hər zaman dərin ehtiram göstərib.
Daxili siyasət
6 Mart , 2023 16:58
Prezident: Azərbaycan qadınları keçmişimizin taleyüklü anlarında vəzifələrinin öhdəsindən layiqincə gəliblər

Xalqımız çoxəsrlik tarixinin bütün dövrlərində qadını ülviyyətin təcəssümü sayıb və ona hər zaman dərin ehtiram göstərib.

"Report" xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikində yer alıb.

Azərbaycan qadınlarının keçmişimizin taleyüklü, həlledici anlarında vəzifələrinin öhdəsindən daim layiqincə gəldiklərini vurğulayan dövlətimizin başçısı qeyd edib ki, bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında onların misilsiz xidmətləri var.

Son xəbərlər

Orphus sistemi