Dövlət başçısı: "Azad edilmiş dədə-baba yurdlarımızda həyat yenidən dirçəldilir, məscidlərimizdən azan sədaları yüksəlir"

Dövlət başçısı: "Azad edilmiş dədə-baba yurdlarımızda həyat yenidən dirçəldilir, məscidlərimizdən azan sədaları yüksəlir" "Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, haqq işi uğrunda mübarizədə qazandığımız şanlı Zəfərlə azad edilmiş dədə-baba yurdlarımızda həyat yenidən dirçəldilir, tarixi-mədəni irsimiz, ibadət yerlərimiz bərpa olunur, məscidlərimizdən azan sədaları yüks
Daxili siyasət
1137
29 Aprel , 2022 16:10
Dövlət başçısı: Azad edilmiş dədə-baba yurdlarımızda həyat yenidən dirçəldilir, məscidlərimizdən azan sədaları yüksəlir
İlham Əliyev

"Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, haqq işi uğrunda mübarizədə qazandığımız şanlı Zəfərlə azad edilmiş dədə-baba yurdlarımızda həyat yenidən dirçəldilir, tarixi-mədəni irsimiz, ibadət yerlərimiz bərpa olunur, məscidlərimizdən azan sədaları yüksəlir".

"Report"un xəbərinə görə, bu, Prezident İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində əksini tapıb.

"Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş qəhrəman şəhidlərimizin ölməz xatirəsini bu mübarək bayram günlərində bir daha ehtiramla yad edir, onlara Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə cansağlığı diləyirəm", - təbrikdə qeyd edilib.

Son xəbərlər

Orphus sistemi