Prezident akademik Əşrəf Hüseynovun 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb

Prezident akademik Əşrəf Hüseynovun 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Akademik Əşrəf Hüseynovun 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 
Daxili siyasət
15 Noyabr , 2017 18:01
Prezident akademik Əşrəf Hüseynovun 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Akademik Əşrəf Hüseynovun 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamda qeyd olunub ki, 2017-ci ildə Azərbaycanın görkəmli riyaziyyatçı alimi, tanınmış pedaqoq, əməkdar elm xadimi, akademik Əşrəf İsgəndər oğlu Hüseynovun anadan olmasının 110 illiyi tamam olub

Bildirilib ki, Əşrəf Hüseynov fundamental tədqiqatlar müəllifi kimi aldığı nəticələr, yaratdığı nəzəriyyə və açdığı yeni istiqamətlərlə Azərbaycanda çoxəsrlik tarixə malik riyaziyyat elmini daha da zənginləşdirmiş, onun müasir mərhələdə inkişafına dəyərli töhfələr vermişdir. Uzun illər pedaqoji sahədə fəaliyyət göstərən və riyazi biliklərə dərindən yiyələnmiş yüksək hazırlıqlı mütəxəssislər nəsli formalaşdıran alimin çoxsaylı yetirmələri mənsub olduqları elmi məktəbin nailiyyətlərini layiqincə davam etdirirlər.

Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə akademik Əşrəf Hüseynovun 110 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək. 

Son xəbərlər

Orphus sistemi