Prezident Administrasiyasının məsul işçiləri Bərdədə vətəndaşlarla görüşüb - VİDEO

Prezident Administrasiyasının məsul işçiləri Bərdədə vətəndaşlarla görüşüb - VİDEO Prezident Administrasiyasının (PA) məsul işçiləri Bərdə rayonunda vətəndaşlarla görüşüblər.
Daxili siyasət
16 Mart , 2019 13:50
Prezident Administrasiyasının məsul işçiləri Bərdədə vətəndaşlarla görüşüb - VİDEO

Prezident Administrasiyasının (PA) məsul işçiləri Bərdə rayonunda vətəndaşlarla görüşüblər.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, görüşdə 139 nəfər iştirak edib.

PA-nın müxtəlif şöbələrinin təmsilçiləri  vətəndaşların problemlərini dinləyib və qeyd olunan məsələlərin həlli üçün aidiyyəti qurumlara tapşırıqlar veriblər.

Görüşə gələn sakinlər və məcburi köçkünlər əsasən mənzil, kreditlər, iş, həmçinin Qarabağ əlillərinin mənzillə təmin olunması və müalicəsi, torpaq və başqa problemlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar bu cür qəbulların təşkilinə, problemlərinin həllinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkür ediblər.

Son xəbərlər

Orphus sistemi