Prezident Administrasiyasının şöbə müdiri İlqar Məmmədovla görüşüb

Prezident Administrasiyasının şöbə müdiri İlqar Məmmədovla görüşüb Prezident Administrasiyasının (PA) təmsilçisi ReAL Partiyasının sədri İlqar Məmmədovla görüş keçirib.
Daxili siyasət
29 Fevral , 2020 11:20
Prezident Administrasiyasının şöbə müdiri İlqar Məmmədovla görüşüb
Prezident Administrasiyası / Report

Prezident Administrasiyasının (PA) təmsilçisi ReAL Partiyasının sədri İlqar Məmmədovla görüş keçirib.

"Report" xəbər verir ki, bu barədə İ.Məmmədov özü bildirib.

Onun sözlərinə görə, "Respublika" qonaq evinin konfrans zalında keçirilən görüş PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti əsasında baş tutub:

"Bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti ilə ReAL sədri olaraq görüşdüm, söhbət etdik. Hakimiyyət və müxalifət arasında siyasi dialoq və əməkdaşlığın vacibliyini söhbət zamanı qarşılıqlı olaraq bildirdik. Daha çox tanışlıq görüşü idi, bəzi perspektiv mövzulara sadəcə toxunduq. Ümid edək ki, bundan sonra müntəzəm ünsiyyət və əməkdaşlıq siyasi rəqabətin tərkibində layiqli yer alacaq".

Qeyd edək ki, bundan əvvəl PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynlə görüş keçirmişdi.

Son xəbərlər

Orphus sistemi