Prezident Administrasiyasına daxil olan təşəkkür məktublarının sayı artıb

Prezident Administrasiyasına daxil olan təşəkkür məktublarının sayı artıb 2019-cu ildə minnətdarlıq məktublarının bir hissəsi ölkə vətəndaşlarının Prezident Administrasiyasına ünvanladıqları müraciətlərinin müsbət həll edilməsi ilə əlaqədar olub.
Daxili siyasət
18 Fevral , 2020 15:01
Prezident Administrasiyasına daxil olan təşəkkür məktublarının sayı artıb

"2019-cu ildə minnətdarlıq məktublarının bir hissəsi ölkə vətəndaşlarının Prezident Administrasiyasına ünvanladıqları müraciətlərinin müsbət həll edilməsi ilə əlaqədar olub".

“Report” xəbər verir ki, bunu Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov “Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır” adlı məqaləsində bildirib.

O qeyd edib ki, belə məktubların sayı ötən illə müqayisədə 62,9 faiz artıb:

"Bu, müraciətlərə baxılması işində diqqətin və tələbkarlığın daha da artırılmasının, nəzarətin gücləndirilməsinin nəticəsidir. Bir çox məktubda vətəndaşlar qaldırdıqları sosial problemlərin, ictimai əhəmiyyət kəsb edən məsələlərin həllindən razılıqlarını ifadə edirlər".

Son xəbərlər

Orphus sistemi