Yuxarı

Polis ​Milli Şuranın mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Təşkilatçılar BŞBPİ-nin rəis müavini, polis general-mayoru Səhlab Bağırovla görüşüblər

Bakı. 29 may. REPORT.AZ/ Milli Şuranın mayın 30-da keçiriləcək mitinqinin təşkilatçıları - Fuad Qəhrəmanlı və Namizəd Səfərov çağırış əsasında Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) olublar.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı "Report"a açıqlamasında deyib ki, onlar BŞBPİ-nin rəis müavini, polis general-mayoru Səhlab Bağırovla görüşüblər.

S.Bağırov Milli Şuranın mayın 30-da saat 15:00-da Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) keçirəcəyi mitinqlə bağlı təşkilatçılara xəbərdarlıq edib.

Bildirilib ki, mitinqin keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, asayişi poza biləcək addımların atılmasına imkan verilməyəcək.

Mitinqin təşkilatçıları da mitinqin qanun çərçivəsində keçiriləcəyini qeyd ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi