BŞBPİ: Polis əməkdaşlarının hüquqi, fiziki və mənəvi hazırlığına xüsusi diqqət göstərilir

BŞBPİ: Polis əməkdaşlarının hüquqi, fiziki və mənəvi hazırlığına xüsusi diqqət göstərilir “İctimai asayişin, təhlükəsiz həyatın, qanunçuluğun təminatı, sabitliyin qorunub saxlanılması, cinayətkarlıq hallarının qarşısının alınmasında polis əməkdaşlarının – hüquqi, fiziki və mənəvi hazırlığına xüsusi diqqət göstərilir”.
Daxili siyasət
24 Sentyabr , 2019 09:27
BŞBPİ: Polis əməkdaşlarının hüquqi, fiziki və mənəvi hazırlığına xüsusi diqqət göstərilir

“İctimai asayişin, təhlükəsiz həyatın, qanunçuluğun təminatı, sabitliyin qorunub saxlanılması, cinayətkarlıq hallarının qarşısının alınmasında polis əməkdaşlarının – hüquqi, fiziki və mənəvi hazırlığına xüsusi diqqət göstərilir”.

"Report"un xəbərinə görə, bunu Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, bu məqsədlə polis işçilərinin bilik və bacarıqlarının artırılması üçün müntəzəm olaraq, metodiki-təlim seminar dərsləri keçirilir: “Dərslərdə cəmiyyət tərəfindən polislərin davranışında qəbul olunan və olunmayan dəyərlər, qanunvericiliyin tələbləri izah olunur”.

E.Hacıyev deyib ki, polisin cəmiyyət qarşısında məsuliyyətini nəzərə alaraq, vətəndaşlıq mövqeyinin göstəricisi olan təkliflər, müraciətlər ətraflı təhlil edilir, öyrənilir və məqsədəuyğun hesab edildikdə əməkdaşlarımızın tədris prosesinə yönəldilir.

Son xəbərlər

Orphus sistemi