Yuxarı
    Bağlamaq

    Polis Akademiyasında təhsil alanlar bundan sonra kursant adlandırılacaq

    Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb

    Bakı. 6 dekabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil alanlar bundan sonra kursant adlandırılacaq. 

    "Report" xəbər verir ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 723 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

    Sənəddə qeyd olunub ki, Əsasnamənin 1-ci hissəsində “müdavim” sözü “kursantına” sözü ilə əvəz edilsin.

    Əsasnamənin 1-ci hissəsində göstərilir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Bayrağı (bundan sonra "Bayraq") şərəf, ləyaqət və şöhrət rəmzi olmaqla Polis Akademiyasının hər bir əməkdaşına, müdavim və dinləyicisinə daxili işlər orqanlarının qəhrəmanlıq ənənələrini, Azərbaycan Respublikasına sədaqətlə xidmət etmək, öz qanını və canını belə əsirgəmədən Vətəni mərdliklə müdafiə etmək, ölkənin Konstitusiyasına və qanunlarına sadiqlik, insan hüquq və azadlıqlarına riayət etmək kimi müqəddəs borcunu xatırlatmaq üçündür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi