Yuxarı

Pezident İlham Əliyev Xırdalan şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib

Dövlət başçısı Abşeron rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan prezidenti İlham Əliyev Xırdalan şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. "Report"un xəbərinə görə, mərkəzdə Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer alıb.

Prezident İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Dövlətin başçısına məlumat verilib ki, mərkəzin özəlliyini artıran mühüm amillərdən biri də burada interaktiv məlumat tablolarına geniş yer verilməsidir. Mərkəzdə Ümummilli Liderin xatirəsinin əbədiləşdirildiyi muzey də yaradılıb. Ekspozisiya zallarının hamısı zəruri avadanlıqla təchiz olunub. Mərkəzin funksionallığını artırmaq məqsədilə burada gənclər üçün müzakirə və diskussiya zalları qurulub, elektron kitabxana yaradılıb. Sərgi zalından əlavə, mərkəzdə linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı da var.

Sonra prezident İlham Əliyev Abşeron rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi