DİM sədri: "Peşəkar kadrları dövlət sektorunda saxlamaq üçün motivasiya xarakterli addımlar atılmalıdır"

DİM sədri: "Peşəkar kadrları dövlət sektorunda saxlamaq üçün motivasiya xarakterli addımlar atılmalıdır" Bakı. 25 yanvar. REPORT.AZ/ Bu gün ölkədə peşəkar kadrlar daha çox özəl sektora üz tuturlar. Bu da ona görə baş verir ki, dövlət sektoru ilə müqayisədə özəl sektorda əməkhaqqı daha yüksəkdir.
Daxili siyasət
25 Yanvar , 2019 12:25
DİM sədri: Peşəkar kadrları dövlət sektorunda saxlamaq üçün motivasiya xarakterli addımlar atılmalıdır
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 25 yanvar. REPORT.AZ/ "Bu gün ölkədə peşəkar kadrlar daha çox özəl sektora üz tuturlar. Bu da ona görə baş verir ki, dövlət sektoru ilə müqayisədə özəl sektorda əməkhaqqı daha yüksəkdir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, peşəkar kadrları dövlət sektorunda saxlamaq üçün motivasiya xarakterli addımlar atılmalıdır.

M.Abbaszadə qeyd edib ki, hazırkı mövcud qanunvericilikdə də dövlət qulluqçularının qiymətləndirilməsi sistemi var: "Lakin bu fəaliyyətin nəticəsi yalnız mənəvi baxımdan dəyərləndirilir, yəni pisdirsə töhmət, yaxşıdırsa təşəkkürnamə ala bilər. Bu fəaliyyətin nəticəsi dövlət qulluqçusunun əməkhaqqına heç bir təsir göstərmir. Biz dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı yeni təklifləri qanunvericilik bazasına daxil etmək təşəbbüsündən çıxış etmişik".

DİM sədri bildirib ki, hər bir dövlət qulluqçusu öz işində kriteriyaları əvvəlcədən bilib işləyəndə daha həvəsli olacaq və maaşın da müsbət təsiri olacaq: "Bu da gənclərin dövlət qulluğunda işləmək üçün motivasiyalarını artırmış olacaq, peşəkar mütəxəssislər işləmək üçün dövlət sektorundan özəl yerlərə keçməyəcəklər".

Son xəbərlər

Orphus sistemi