Bakı. 23 iyul. REPORT.AZ/ Azərbaycan ədliyyə nazirinin müavini, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (PX) rəisinə yeni rütbə verilib.
“Report”un əldə etdiyi məlumata görə, indiyədək polis general-mayoru rütbəsini daşıyan Ceyhun Həsənov artıq ədliyyə general-mayorudur.
Qeyd edək ki, C.Həsənov PX rəisi vəzifəsinə keçən ay təyin olunub. Həmin vaxta qədər isə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.