Penitensiar Xidmətə yeni rəis müavini təyin olunub

Penitensiar Xidmətə yeni rəis müavini təyin olunub Bu vəzifəyə ədliyyə polkovniki Məhərrəm Qafarov təyin edilib
Daxili siyasət
1 Avqust , 2016 17:45
Penitensiar Xidmətə yeni rəis müavini təyin olunub

Bakı. 1 avqust. REPORT.AZ/ Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə (PX) yeni təyinat olub.

“Report”un xəbərinə görə, ədliyyə polkovniki Məhərrəm Qafarov Xidmətin rəis müavini təyin edilib.

Qeyd edək ki, Penitensiar Xidmətin rəisi ədliyyə general-mayoru Ceyhun Həsənovdur. C.Həsənov PX rəisi vəzifəsinə bu ilin iyun ayında təyin olunub. Həmin vaxta qədər isə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi