​Penitensiar xidmət rəisi: "Amnistiya qərarına əsasən 2500-dən artıq məhkum cəzadan azad olunub"

​Penitensiar xidmət rəisi: "Amnistiya qərarına əsasən 2500-dən artıq məhkum cəzadan azad olunub" "Hazırda qərarın icrası davam etdirilir"
Daxili siyasət
1 Avqust , 2016 14:11
​Penitensiar xidmət rəisi: Amnistiya qərarına əsasən 2500-dən artıq məhkum cəzadan azad olunub

Bakı. 1 avqust. REPORT.AZ/ Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul edilmiş 20 may 2016-cı il tarixli Amnistiya qərarı Penitensiar xidmət (PX) üzrə 2800-ə yaxın məhkuma tətbiq edilib.

"Report"un xəbərinə görə, bunu ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənov PX-da 2016-cı ilin birinci yarımilliyi ərzindəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirədə bildirib.

O qeyd edib ki, 2500-dən artıq məhkum cəzadan azad olunub və hazırda qərarın icrası davam etdirilir.

Xidmət rəisi onu da bildirib ki, hesabat dövrü ərzində dövlət başçısı tərəfindən 17 mart 2016-cı il tarixdə imzalanmış 148 məhkumun əfv edilməsi ilə bağlı sərəncam vaxtında və dürüst icra edilib: "Cinayət Məcəlləsinə edilən dəyişikliklərlə bağlı 6 may 2016-cı il tarixli qanunun icrası davam etdirilir. Qanunun təsiri altına düşən şəxslərin dairəsi müəyyən edilib, penitensiar müəssisələrdə cəza çəkən 277 məhkum barədə sənədlər məhkəmələrə təqdim olunub".

Xatırladaq ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş Amnistiya qərarı 10 minə qədər məhkumu əhatə edir, o cümlədən 3500 nəfərin azadlıqdan məhrumetmə yerlərindən azad edilməsini nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi