Pekində ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib

Pekində ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib Ümummilli lider Heydər Əliyevin vəfatının 17-ci ildönümü münasibətilə Azərbaycanın Çin Xalq Respublikasındakı Səfirliyində anım mərasimi təşkil edilib.
Daxili siyasət
12 Dekabr , 2020 12:16
Pekində ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib

Ümummilli lider Heydər Əliyevin vəfatının 17-ci ildönümü münasibətilə Azərbaycanın Çin Xalq Respublikasındakı Səfirliyində anım mərasimi təşkil edilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, ilk olaraq mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən səfir Əkrəm Zeynallı görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmlənməsindəki əvəzsiz xidmətləri barədə danışıb, Azərbaycan tarixinin 30 ildən artıq bir dövrünün Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.

Ölkənin çətin dövründə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin, məhz xalqın dəstəyinə arxalanaraq qəbul etdiyi qərarlarla ölkəni məhv olmaq təhlükəsindən xilas etdiyini və Azərbaycanın müstəqil xarici və daxili siyasət doktrinasının əsaslarını yaratdığını qeyd edən səfir, xalqımızın öz dahi oğlunu unutmadığını, nəinki Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda ümummilli liderin xatirəsinin qeyd edildiyini diqqətə çatdırıb.

Azərbaycanda dövlət quruculuğu sahəsində ümummilli liderin fəaliyyətindən geniş danışan səfir, Ulu Öndərin hər zaman Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Dağlıq Qarabağ və ətraf ərazilərin Ermənistanın işğalından azad edilməsi istiqamətində yorulmadan çalışdığını vurğulayıb və bu arzunun cari ilin 10 noyabr tarixində Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və dəmir iradəsi sayəsində Müzəffər Azərbaycan Ordusu tərəfindən həyata keçirildiyini bildirib.

Anım mərasiminin sonunda ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Dağlıq Qarabağ məsələsi ətrafında hələ sovet dövründə başlamış proseslərə münasibəti və bu istiqamətdə yürütdüyü müdrik siyasətdən bəhs edən “Heydər Əliyev və Qarabağ” sənədli filmi nümayiş etdirilib.

Tədbirdə Azərbaycanın Çindəki Səfirliyinin əməkdaşları və Pekin şəhərində yaşayan diaspora üzvləri iştirak edib.

Son xəbərlər

Orphus sistemi