Paytaxt Bakının bir sıra yollarında tıxac müşahidə edilir.
Bu barədə “Report”a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Hal-hazırda yollardakı vəziyyət:
1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Qara Qarayev prospekti, Qara Qarayev m/st-dan Koroğlu m/st istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Bakı-Sumqayıt şosesi, 20 Yanvar m/st istiqamətində;
6. Tbilisi prospekti, 20 Yanvar m/st-dan mərkəz istiqamətində;
7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
8. Babək prospekti, mərkəz istiqamətində;
9. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
10. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
11. 20 Yanvar dairəsində sıxlıq müşahidə olunur.