Paytaxtda küçə adları ilə bağlı Komissiya yaradılıb

Paytaxtda küçə adları ilə bağlı Komissiya yaradılıb Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən paytaxtdakı küçə və prospektlərin inventarlaşdırılması, onlara adların verilməsi və dəyişdirilməsi ilə bağlı Komissiya yaradılıb. Komissiyanın tərkibinə şəhər və paytaxt rayonları İcra Haki
Daxili siyasət
386
29 Aprel , 2022 10:00
Paytaxtda küçə adları ilə bağlı Komissiya yaradılıb

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının müvafiq Sərəncamına əsasən paytaxtdakı küçə və prospektlərin inventarlaşdırılması, onlara adların verilməsi və dəyişdirilməsi ilə bağlı Komissiya yaradılıb.

Bu barədə "Report"a BŞİH-in Mətbuat Xidmətindən məlumat verilib.

Komissiyanın tərkibinə şəhər və paytaxt rayonları İcra Hakimiyyətlərinin məsul nümayəndələri ilə yanaşı tarixçi və dilçi alimlər də daxil edilib.

Qeyd olunub ki, komissiya Bakı şəhərinində küçə və prospektlərin vahid məlumat bazasının yaradılması, eyni adlı və adsız küçələrin müəyyən edilməsi, onların müvafiq standartlar və digər normativ hüquqi aktların tələblərinə uyğun qaydada adlandırılması, adlarının dəyişdirilməsi və bununla bağlı təkliflərin hazırlanmasını təmin etməlidir.

Artıq Komissiyanın iclası keçirilib və iclasda Komissiyanın fəaliyyətinin rayon icra hakimiyyətləri ilə əlaqələndirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi, rayonlarda küçə və prospetlərin inventarlaşdırma işləri ilə yanaşı eyni adlı və adsız küçələrin, həmçinin ərazidə yenidənqurma işləri nəticəsində yaranan yeni küçələrin müəyyənləşdirilməsi və bununla bağlı təkliflərin hazırlanmasının təmin edilməsinə dair tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi