Yuxarı

​YAP rəhbərliyi Fəxri xiyabanda partiyanın qurucusu Heydər Əliyevin məzarını ziyarət edib

Yeni Azərbaycan Partiyasının yaranmasından 23 il ötür

Bakı. 21 noyabr. REPORT.AZ/ Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından 23 il ötür.

"Report" xəbər verir ki, bu münasibətlə YAP rəhbərliyi Fəxri xiyabanda partiyanın qurucusu Heydər Əliyevin məzarını ziyarət edib.

YAP sədrinin və baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, YAP sədrinin müavini, AMEA prezidenti Akif Əlizadə, PA rəhbərinin müavini Novruz Məmmədov, PA-nın Hüquq-mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov, YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, YAP icra katibinin müavini Siyavuş Novruzov, Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova, deputatlar və ictimaiyyət nümayəndələri Heydər Əliyevin məzarı önünə əklil, akademik Zərifə Əliyevanın məzarı önünə gül dəstələri qoyublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi