Partiya sədri: "Türkiyə-Azərbaycan qardaşlığına kölgə salmaq istəyənlər arzularına çatmayacaqlar"

Partiya sədri: "Türkiyə-Azərbaycan qardaşlığına kölgə salmaq istəyənlər arzularına çatmayacaqlar" "103 il bundan əvvəl Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Bakını işğaldan azad etdi. Elə həmin gündən Bakı şəhəri bizim vahid paytaxtımız oldu".
Daxili siyasət
297
15 Sentyabr , 2021 15:48
Partiya sədri: Türkiyə-Azərbaycan qardaşlığına kölgə salmaq istəyənlər arzularına çatmayacaqlar

"103 il bundan əvvəl Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Bakını işğaldan azad etdi. Elə həmin gündən Bakı şəhəri bizim vahid paytaxtımız oldu".

"Report"un xəbərinə görə, bu fikirləri Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli jurnalistlərə açıqlamasında deyib.

Deputat fəxr edir ki, babasının qardaşı Əliqulu Dursunəlioğlu Bakının işğaldan azad olunmasında, bacısı oğlu isə Birinci Qarabağ döyüşlərində şəhid olublar: "Türkiyə özü də o zaman ağır vəziyyətdə idi. Ərazisinin böyük hissəsi işğal olunmuşdu. Buna baxmayaraq onlar özlərinə borc bildilər ki, Azərbaycanın yanında olsunlar. Nuru Paşanın başçılığı ilə Bakının müdafiəsinə qalxdılar. Bunu hamı bilsin ki, Türkiyə və Azərbaycan qardaşlığına kölgə salmaq istəyənlər öz istəklərinə çata bilməyəcəklər. Çünki biz eyni qanı daşıyırıq. Biz hələ bundan sonra qüvvətlənəcəyik. Son 100 ildə ilk dəfədir ki, türkün gücü, birliyi ortaya çıxıb. Bizim birliyimiz, inkişafımız hələ uzun illər davam edəcək".

Son xəbərlər

Orphus sistemi