Parlament “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib

Parlament “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi (ikinci oxunuş) müzakirəyə çıxarılıb.
Daxili siyasət
4 May , 2018 14:00
Parlament “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib

Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi (ikinci oxunuş) müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, qanun layihəsi 8 fəsil, 40 maddədən ibarətdir.

Qanun layihəsi əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyi doğuran risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul olunub.

Qeyd edək ki, hazırda qüvvədə olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun 1992-ci ildə qəbul edilib.

Son xəbərlər

Orphus sistemi