PA rəsmisi: "Azərbaycan müasir dövrdə o dövlətlərdəndir ki, multikulturalizm burada dövlət siyasətidir"

PA rəsmisi: "Azərbaycan müasir dövrdə o dövlətlərdəndir ki, multikulturalizm burada dövlət siyasətidir" Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan müasir dövrdə o dövlətlərdəndir ki, multikulturalizm burada dövlət siyasətidir.
Daxili siyasət
28 Noyabr , 2017 11:35
PA rəsmisi: Azərbaycan müasir dövrdə o dövlətlərdəndir ki, multikulturalizm burada dövlət siyasətidir
Report/ Elshan Baba

Bakı. 28 noyabr. REPORT.AZ/ "Azərbaycan müasir dövrdə o dövlətlərdəndir ki, multikulturalizm burada dövlət siyasətidir".

“Report” xəbər verir ki, bunu Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi Etibar Nəcəfov Bakıda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyasının ixtisaslaşdırılmış institutlarının dəstəyi ilə keçirilən “Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik” mövzusunda beynəlxalq konfrans deyib.

O qeyd edib ki, multikulturalizm ənənələrindən biri Azərbaycanda dövlət və din münasibətlərinin yüksək səviyyədə olmasıdır: "Bəzi ölkələrdə hətta bəzi bəyanatlar verilir ki, mulikulturalizm iflasa uğrayıb. Bu, çox təhlükəli bəyanatdır. Çünki əgər mulikulturalizm iflasa uğrayıbsa, bunun alternativi semitizim, islamafobiya, ksenofobiya və s. bu kimi mənfi amillərdir".

PA rəsmisi əlavə edib ki, Azərbaycanda multikulturalizm siyasətini dövlət siyasəti kimi qəbul edərək bunu Qərb dövlətlərindən daha səmərəli şəkildə həyata keçirir: "Azərbaycan sivilizasiyalararası dövlətdir. Bizim təcrübəmiz öyrənilir. Başqa ölkələrdə də dinlər və millətlərarası münasibətlər sağlam zəmində qurulacaq. Multikulturalizm siyasəti ölkənin həm daxili, həm də xarici siyasətində özünü göstərir".

Son xəbərlər

Orphus sistemi