PA-nın şöbə müdiri: "Azərbaycanda yeni siyasi konfiqurasiya qurulub"

PA-nın şöbə müdiri: "Azərbaycanda yeni siyasi konfiqurasiya qurulub" "Prezident İlham Əliyevin apardığı sistemli və çoxşaxəli inzibati-siyasi islahatlar nəticəsində ölkədə iqtidar-müxalifət dialoqu, yeni siyasi konfiqurasiya qurulub, siyasi partiyalarla iş yenidən təşkil edilib".
Daxili siyasət
203
21 Sentyabr , 2021 14:07
PA-nın şöbə müdiri: Azərbaycanda yeni siyasi konfiqurasiya qurulub
Ədalət Vəliyev

"Prezident İlham Əliyevin apardığı sistemli və çoxşaxəli inzibati-siyasi islahatlar nəticəsində ölkədə iqtidar-müxalifət dialoqu, yeni siyasi konfiqurasiya qurulub, siyasi partiyalarla iş yenidən təşkil edilib".

"Report"un xəbərinə görə, bunu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev deyib.

Onun sözlərinə görə, dövlət başçısının tapşırığı əsasında üzvlərinin sayına, yaxud ölkə ərazisini əhatə vəziyyətinə görə böyük-kiçikliyindən, siyasi çəkisindən və ya hər hansı digər amildən asılı olmayaraq ölkədəki bütün siyasi partiya rəhbərləri ilə çoxsaylı görüşlər keçirilib və hər bir görüşün nəticələri müfəssəl təhlil olunaraq verilmiş təkliflər üzrə müvafiq addımlar atılır.

Son xəbərlər

Orphus sistemi