PA əməkdaşı: “Əsrlər boyu Azərbaycanda multikultural düşüncə tərzi hakim olub”

PA əməkdaşı: “Əsrlər boyu Azərbaycanda multikultural düşüncə tərzi hakim olub” “Azərbaycan işğaldan azad etdiyi torpaqlarda məscidləri bərpa edəcək”
Daxili siyasət
20 Aprel , 2017 11:28
PA əməkdaşı: “Əsrlər boyu Azərbaycanda multikultural düşüncə tərzi hakim olub”

Bakı. 20 aprel. REPORT.AZ/ “Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə hazırlaşır. 2017-ci il bu il ”İslam Həmrəyliyi ili” elan edilib. Azərbaycanda islam dəyərləri geniş yayılıb. Əsrlər boyu Azərbaycanda multikultural düşüncə tərzi hakim olub”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezident Administrasiyasının məsul işçisi Bəhruz Həsənov “İslam Həmrəyliyi İli” elan edilməsi və İslam Həmrəliyi Oyunlarının İslam ölkələri arasında mədəni əlaqələrin möhkəmləndirilməsi mövzusunda konfransda deyib.

O bildirib ki, Azərbaycanda islam dini arasında təfriqə salmaq istəyən qüvvələr buna nail ola bilməyiblər: “Bu cür halların Azərbaycanda olması mümkün də deyil. Bəzən eyni dinin ayrı-ayrı məzhəblərinin düşmənçilik etdiklərini görürük. Amma Azərbaycanda bu cür hallar baş vermir. Ölkəmiz bir nümunədir. İslam dünyasının bu amilə ehtiyacı var. Bəzi qüvvələr islam dinini terrorçuluqla eyniləşdirirlər. Burada Avropa ölkələri rol alır. Buna görə də islam dünyasının həmrəyliyə ehtiyacı var”.

O qeyd edib ki, Azərbaycan müstəqil olduqdan sonra islam dininə qayğı artıb: “Bu müddət ərzində xeyli məscid tikilib, bərpa olunub. Yəni, dövlət tərəfindən hər bir şərait yaradılıb. Birmənalı şəkildə demək mümkündür ki, Azərbaycan islam ənənələrinin qorunduğu, hifz olunduğu ölkələrdən biridir. Ölkəmiz İslam ölkələri ilə eyni mövqedən çıxış edir. Azərbaycan İslam ölkələri sıx əməkdaşlıq edir. Biz Dağlıq Qarabağ məsələsində də İslam ölkələrinin mövqeyi ilə razıyıq. Bilirsiz ki, bir neçə İslam ölkəsi bu işğal faktını tanıyıb. Təbii ki, istisnalar da var, bəzi İslam ölkələri Ermənistanla əməkdaşlıq edir. Bu da İslam dəyərlərinə ziddir. Çünki burada bir müsəlman ölkəsinin - Azərbaycanın torpağının işğalından söhbət gedir. Bu cür əməllər Ermənistana haqq qazandırır. Təəssüflə olsun ki, bu belədir.

PA-nın əməkdaşı bildirib ki, Azərbaycan işğaldan azad etdiyi torpaqlarda məscidləri bərpa edəcək.

Son xəbərlər

Orphus sistemi