​Müsavatın özək sədri partiyadan istefa verib

​Müsavatın özək sədri partiyadan istefa verib Fərzalı İxtiyarov Müsavatın hazırkı başqanı Arif Hacılının yürütdüyü siyasətə etiraz edərək partiyadan çıxıb
Daxili siyasət
22 Sentyabr , 2015 12:37
​Müsavatın özək sədri partiyadan istefa verib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Müsavatın Zəngilan rayon təşkilatının Biləcəri özəyinin sədri Fərzalı İxtiyarov partiya sıralarından istefa verib.

Bu barədə "Report"a partiyanın Zəngilan rayon təşkilatının sabiq sədri Rüfət Əliyev bildirib.

O deyib ki, Fərzalı İxtiyarov Müsavatın hazırkı başqanı Arif Hacılının yürütdüyü siyasətə etiraz edərək partiyadan çıxıb.

Müsavatın Divan üzvü Nemət Kərimli isə "Report"a deyib ki, əslində, Fərzalı İxtiyarov partiyanın 2014-cü ildə keçirilən qurultayından sonra istefa verib.

Son xəbərlər

Orphus sistemi