Qaçqın statusu almaq istəyən əcnəbilərin sayı açıqlanıb

Qaçqın statusu almaq istəyən əcnəbilərin sayı açıqlanıb Ötən il readmissiya ilə bağlı 480 sorğu verilib. Bu, 2018-ci illə müqayisədə 15 faiz (567) azalma deməkdir.
Daxili siyasət
15 Yanvar , 2020 11:23
Qaçqın statusu almaq istəyən əcnəbilərin sayı açıqlanıb

"Ötən il readmissiya ilə bağlı 480 sorğu verilib. Bu, 2018-ci illə müqayisədə 15 faiz (567) azalma deməkdir".

“Report” xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün 2019-cu ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ötən il 457 readmissiya olub: “Bu rəqəm 2018-ci illə müqayisədə 464 olub”.

V. Hüseynov həmçinin qeyd edib ki, 2019-cu ildə 404 əcnəbi qaçqın statusu almaq üçün müraciət edib:

"Bu da 2018-ci illə müqayisədə 7 faiz artım deməkdir. Ölkədə qaçqın statusu əsasında yaşayanlardan 43-ü İran, 30-u Əfqanıstan, 5-i Liviya, 3-ü Pakistan, 2-si Cənubi Afrika Respublikası vətəndaşıdır".

Son xəbərlər

Orphus sistemi