Ötən il Azərbaycanda bələdiyyələrlə bağlı 12 cinayət işi başlanılıb

Ötən il Azərbaycanda bələdiyyələrlə bağlı 12 cinayət işi başlanılıb 2016-cı ildə ümumilikdə 58 iş istintaq orqanına göndərilib
Daxili siyasət
2 Fevral , 2017 12:34
Ötən il Azərbaycanda bələdiyyələrlə bağlı 12 cinayət işi başlanılıb

Bakı. 2 fevral. REPORT.AZ/ Ötən il Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzində 27 müraciətlə bağlı inzibati araşdırmalar aparılıb. 

“Report”un xəbərinə görə, bu, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik hesabatında qeyd olunub.

Hesabatda bildirilib ki, onlardan 9-u nöqsan xaratkerli, 3-ü isə maliyyə əməliyyatlarının pozulması ilə bağlı olub. Maliyyə ilə bağlı vurulmuş ziyan təmin edilib.

Bundan başqa, 18 müraciət əsasında aparılan araşdırmalar zamanı çox ciddi qanun pozuntuları aşkarlanıb və onlara hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib: “2016-cı ildə ümumilikdə 58 iş istintaq orqanına göndərilib. 12 faktla bağlı cinayət işi başlanılıb, 1 halda məhkəmənin qanuni qüvvəyə mindiyi hökmü var”.

Hesabatda qeyd olunub ki, ötən il Bələdiyyələrlə iş Mərkəzinə ümumilikdə, 538 müraciət daxil olub və onlardan 126-sı təmin edilib. 

Son xəbərlər

Orphus sistemi