Ötən il Ali Məhkəmənin kollegiyalarında baxılan işlərin sayı açıqlanıb

Ötən il Ali Məhkəmənin kollegiyalarında baxılan işlərin sayı açıqlanıb 2015-ci ildə baxılmış işlərin sayı 2014-cü illə müqayisə 736 iş artıb
Daxili siyasət
1 Aprel , 2016 10:48
Ötən il Ali Məhkəmənin kollegiyalarında baxılan işlərin sayı açıqlanıb

Bakı. 1 aprel. REPORT.AZ/ Keçən il Azərbaycan Ali Məhkəməsinin məhkəmə kollegiyalarında plenum icraatında cəmi 11095 iş olub. "Report"un xəbərinə görə, bu, Ali Məhkəmənin 2015-ci il fəaliyyətinə dair məlumatında əksini tapıb.

O cümlədən, Cinayət Kollegiyasında 2609 nəfər haqqında 2307 iş, Hərbi Kollegiyada 175 nəfər haqqında 154 iş, Mülki Kollegiyada 6314 iş, İnzibati-İqtisadi Kollegiyada 2308 iş (inzibati 1885 iş, iqtisadi 423 iş), plenumda isə 12 iş olub.

"Ötən il məhkəmə kollegiyalarında və plenumun icraatında olan 11095 işdən cəmi 9404 işə baxılıb. 2015-ci ildə baxılmış işlərin sayı 2014-cü illə müqayisə 736 iş artıb", - məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi