Ötən ay Naxçıvandan daha çox Moskvaya sərnişin daşınıb

Ötən ay Naxçıvandan daha çox Moskvaya sərnişin daşınıb Naxçıvan-İstanbul reysi ilə 444 sərnişin və 5467 kiloqram baqaj gedib
Daxili siyasət
11 Avqust , 2017 20:50
Ötən ay Naxçıvandan daha çox Moskvaya sərnişin daşınıb

Bakı. 11 avqust. REPORT.AZ/ Ötən ay Naxçıvan Beynəlxalq Hava Limanının xidmətlərindən 37 mindən artıq sərnişin istifadə edib.

"Report" Naxçıvan Beynəlxalq Hava Limanının mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, iyul ayında yerli hava xətti ilə 36 min 433 sərnişin, 544 min 715 kiloqram baqaj, 29 min 137 kiloqram yük və 1881 kiloqram poçt daşınıb. 

Beynəlxalq hava xətti ilə Naxçıvan-Moskva reysi üzrə 558 sərnişin, 9062 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə 444 sərnişin və 5467 kiloqram baqaj daşınıb. 

Bu dövrdə Naxçıvan Beynəlxalq Hava Limanında teleskopik traplara, nəzarət-müşahidə kameralarına və kompüterlərə texniki baxış keçirilib, aerodrom ərazisindəki elektrik, işıqlandırma, rabitə, soyutma və havalandırma sistemlərinə texniki qulluq göstərilib, uçuş-enmə zolağı, dönmə yolları və dayanacaqlar mütəmadi yoxlanılıb, uçuşların vaxtında və təhlükəsiz təşkili təmin edilib. 

Son xəbərlər

Orphus sistemi