Osman Gündüz: "Təhqirlərin qarşısını almaq üçün Facebook və Youtube-un bazalarının Azərbaycana gətirilməsi zəruridir"

Osman Gündüz: "Təhqirlərin qarşısını almaq üçün Facebook və Youtube-un bazalarının Azərbaycana gətirilməsi zəruridir" Bakı. 13 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev hər dəfə çıxışında Azərbaycanda internetin azad olduğunu vurğulayır. Ona görə də internetin məhdudlaşdırılmasından söhbət açmamalıyıq.
Daxili siyasət
13 Fevral , 2019 17:05
Osman Gündüz: Təhqirlərin qarşısını almaq üçün Facebook və Youtube-un bazalarının Azərbaycana gətirilməsi zəruridir

Bakı. 13 fevral. REPORT.AZ/ "Prezident İlham Əliyev hər dəfə çıxışında Azərbaycanda internetin azad olduğunu vurğulayır. Ona görə də internetin məhdudlaşdırılmasından söhbət açmamalıyıq". 

"Report" xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Yeni Azərbaycan Partiyasında Qeyri- Hökumət Təşkilatlarının nümayəndələri ilə görüşdə deyib.

O bildirib ki, bu gün sosial şəbəkələrdə təhqirlərin, xoşagəlməz halların qarşısını almaq üçün Facebook, Youtube və digər beynəlxalq sosial şəbəkələrin bazalarının Azərbaycana gətirilməsi zəruridir: "Sosial şəbəkələrdə söyüş yazanlar fikirləşirlər ki, onların hesabları xaricdədir və istədiklərini yaza bilərlər, qanunazidd hərəkətlər edə bilərlər. Amma sosial şəbəkələrin bazaları Azərbaycanda olsa, biz onlarla daha yaxından əməkdaşlıq edə bilərik, sosial şəkələrə söyüş söyənlərə, başqalarını təhqir edənlərə qarşı daha asan mübarizə apara bilərik. Türkiyə də bu metoddan istifadə etdi və bu gün Türkiyədə bu problem xeyli azalıb”.

Son xəbərlər

Orphus sistemi