Yuxarı
    Bağlamaq

    Oqtay Əsədov: “Azərbaycanın həyatında mühüm dəyişiklik baş verib”

    Milli Məclisin sədri: “Referendumda xalq öz dəstəyini nümayiş etdirib”

    Bakı. 30 sentyabr. REPORT.AZ/ “Ölkəmizin həyatında mühüm dəyişiklik baş verib. Azərbaycanda ümumxalq səsverməsi keçirilib. Referendumda xalq öz dəstəyini nümayiş etdirib”.

    “Report”un xəbərinə görə, bunu Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

    O bildirib ki, ümumxalq səsverməsini yerli və beynəlxalq müşahidəçilər izləyiblər.
    O.Əsədov Avropa Parlamenti ilə Azərbaycanın münasibətlərinə də toxunub: “Ötən il Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul edib. Bundan sonra Azərbaycan onlarla əməkdaşlığı dayandırdı. Münasibətlərin bərpa olunması üçün çox cəhdlər edilib. Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edərkən onlara iradlarını bildirdi. Əməkdaşlıq bərpa olunacağı təqdirdə belə neqativ halların baş verməsi arzuolunan deyil”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi