Operativ Qərargah: Xaricdəki istehsalçılar tibbi maskanın qiymətini artırıb

Operativ Qərargah: Xaricdəki istehsalçılar tibbi maskanın qiymətini artırıb “Ölkədə istehsal olunan tibbi maskalarla bağlı vahid qiymət var. Bu, 30 qəpikdir”.
Daxili siyasət
3 İyun , 2020 19:47
Operativ Qərargah: Xaricdəki istehsalçılar tibbi maskanın qiymətini artırıb

“Ölkədə istehsal olunan tibbi maskalarla bağlı vahid qiymət var. Bu, 30 qəpikdir”.

"Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Amma idxal olunan maskaların qiyməti fərqlidir. Həm də buna tələbat yüksəldiyinə görə xaricdəki istehsalçılar da qiyməti artırıblar. Hökumət isə bu fərqi ödəyir. Ölkəmizdə tibbi maska qıtlığı ola bilməz. Ola bilsin ki, cərimələr və maskalara tələbatın artması kimlərdəsə möhtəkirliyi artırıb. Bununla bağlı xəbərdarlıq edilib”, - İ.Məmmədov bildirib.

Son xəbərlər

Orphus sistemi