On beş saylı cəzaçəkmə müəssisəsindən 7 məhkum azadlığa buraxılıb

On beş saylı cəzaçəkmə müəssisəsindən 7 məhkum azadlığa buraxılıb "Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsindən 7 məhkum azadlığa buraxılıb".
Daxili siyasət
3 Dekabr , 2021 12:15
On beş saylı cəzaçəkmə müəssisəsindən 7 məhkum azadlığa buraxılıb

"8 - Noyabr Zəfər Günü münasibətilə qəbul edilən Amnistiya Aktı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində icra olunub".

"Report" xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.

O bildirib ki, amnistiya müəssisədə ümumilikdə 7 nəfərə şamil edilib: "Həmin şəxslər cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər".

Qeyd edək ki, Milli Məclisin noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.

Son xəbərlər

Orphus sistemi