Ombudsmanın regional mərkəzləri tərəfindən Milli Qurtuluş Günü ilə bağlı tədbirlər keçirilib

Ombudsmanın regional mərkəzləri tərəfindən Milli Qurtuluş Günü ilə bağlı tədbirlər keçirilib Ombudsmanın Gəncə, Cəlilabad, Şəki və Quba regional mərkəzləri əhatə etdikləri rayonlarda yerləşən təhsil və mədəniyyət müəssisələri ilə birgə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş videokonfranslar təşkil edib.
Daxili siyasət
15 İyun , 2021 22:07
Ombudsmanın regional mərkəzləri tərəfindən Milli Qurtuluş Günü ilə bağlı tədbirlər keçirilib

Ombudsmanın Gəncə, Cəlilabad, Şəki və Quba regional mərkəzləri əhatə etdikləri rayonlarda yerləşən təhsil və mədəniyyət müəssisələri ilə birgə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş videokonfranslar təşkil edib.

Ombudsman Aparatından “Report”a verilən məlumata görə, bu münasibətlə Ombudsmanın Gəncə Regional Mərkəzi Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax rayon şöbəsi ilə birgə “Dünəndən bu günə Azərbaycan” mövzusunda onlayn tədbir keçirib. Bununla yanaşı, Gəncə Regional Mərkəzinin Yevlax və Ucar Heydər Əliyev Mərkəzləri ilə birgə bu əlamətdar günə həsr olunmuş videokonfrans təşkil olunub.

Ombudsmanın Cəlilabad Regional Mərkəzi isə Lənkəran, Lerik, Yardımlı, Astara rayonlarında yerləşən Heydər Əliyev Mərkəzləri, Yeni Azərbaycan Partiyası Astara rayon Təşkilatı, habelə Astara rayon Pedaqoji Kolleci, Dövlət Rəsm Qalereyası, 5 saylı tam orta məktəb və Gənclər və İdman İdarəsi ilə birgə “Milli Qurtuluş Günü xalqımızın şərəf tarixidir” mövzusunda videokonfrans keçirib. Tədbirin yekununda Astara rayon Heydər Əliyev Mərkəzi tərəfindən təşkil olunmuş sərginin nümayişi olub.

Ombudsmanın Şəki Regional Mərkəzi tərəfindən Oğuz rayon Gənclər və İdman İdarəsi ilə birlikdə bu mövzuya həsr olunmuş videokonfrans təşkil edilib.

Ombudsmanın Quba Regional Mərkəzi isə rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları və oxucuların iştirakı ilə bu mövzuda videokonfrans keçirib.

Videokonfranslarda Heydər Əliyevin peşəkar siyasətçiyə xas müdrikliklə Azərbaycanı vətəndaş müharibəsindən xilas etdiyi, respublikamızın ərazi bütövlüyünə, suverenliyinə, dövlətçiliyinə qarşı təhdidləri zərərsizləşdirdiyi, ölkədə qanunçuluğun tam bərpası istiqamətində mühüm addımlar atdığı qeyd olunub. Regional mərkəzlərin rəhbərlərinin çıxışlarında ölkəmizdə insan hüquqlarının təsbiti və təmini sahəsində Heydər Əliyevin misilsiz xidmətləri vurğulanıb.

Tədbirlərdə digər iştirakçılar da çıxışlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsi və dövlətçiliyimizin təhlükədən xilas edilməsi istiqamətindəki səyləri, daim gənclərə güvənərək onlara göstərdiyi böyük etimad barədə danışıblar.

Son xəbərlər

Orphus sistemi