Ombudsmanın regional mərkəzləri 28 Maya həsr olunan tədbirlər keçiriblər

Ombudsmanın regional mərkəzləri 28 Maya həsr olunan tədbirlər keçiriblər 28 May - Respublika Günü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Gəncə, Şəki, Cəlilabad və Quba regional mərkəzləri tərəfindən onlayn tədbirlər təşkil edilib.
Daxili siyasət
122
29 May , 2021 19:22
Ombudsmanın regional mərkəzləri 28 Maya həsr olunan tədbirlər keçiriblər

28 May - Respublika Günü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Gəncə, Şəki, Cəlilabad və Quba regional mərkəzləri tərəfindən onlayn tədbirlər təşkil edilib.

Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Ombudsmanın Gəncə Regional Mərkəzi Ağstafa rayon Heydər Əliyev Mərkəzi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Respublika Gününə həsr olunmuş onlayn tədbir keçirib.

Ombudsmanın Şəki Regional Mərkəzi tərəfindən Şəki şəhər Mərkəzi Kitabxanası ilə birgə “Azərbaycan Xalq Cümhuriyyəti-Şərqin ilk Demokratik Respublikası” mövzusunda videokonfrans keçirilib.

Ombudsmanın Cəlilabad Regional Mərkəzi isə Astara rayon Heydər Əliyev Mərkəzi, Lənkəran Regional Mədəniyyət İdarəsinin Astara rayonu üzrə nümayəndəsi, həmçinin Astara rayon Pedaqoji Kolleci, rayon Tarixi-diyarşünaslıq muzeyi və M.Ə.Sabir adına 1 saylı tam orta məktəbi ilə birgə “Tariximizin şanlı səhifəsi” adlı videokonfrans təşkil edib.

Ombudsmanın Quba Regional Mərkəzi isə bu mövzuda Quba Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birgə, fəal oxucuların iştirakı ilə onlayn tədbir təşkil edib.

Çıxışlarda müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olduğu qeyd olunub. Regional mərkəzlərin rəhbərləri Cümhuriyyət tərəfindən insan hüquqlarının təmini istiqamətində bir çox dünya dövlətlərindən öncə irəli sürülmüş xüsusi əhəmiyyətli təşəbbüslər barədə danışıblar.

Videokonfranslarda edilən çıxışlarda bu il Respublika Gününün zəfər əhval-ruhiyyəsi ilə qeyd olunduğu diqqətə çatdırılıb, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə əhəmiyyətli rolu vurğulanıb.

Son xəbərlər

Orphus sistemi