Ombudsmanın nümayəndəsi miqrasiya tərəfdaşlığı üzrə beynəlxalq konfransda iştirak edib

Ombudsmanın nümayəndəsi miqrasiya tərəfdaşlığı üzrə beynəlxalq konfransda iştirak edib “Azərbaycanda yerdəyişmə üzrə tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBİLAZE-2) layihəsi” çərçivəsində beynəlxalq videokonfrans keçirilib.
Daxili siyasət
101
13 Oktyabr , 2021 19:41
Ombudsmanın nümayəndəsi miqrasiya tərəfdaşlığı üzrə beynəlxalq konfransda iştirak edib

“Azərbaycanda yerdəyişmə üzrə tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBİLAZE-2) layihəsi” çərçivəsində beynəlxalq videokonfrans keçirilib.

"Report" xəbər verir ki, MOBİLAZE-2 layihəsinin məqsədi miqrasiya və sərhəd idarəçiliyi ilə bağlı qabaqcıl təcrübələri əhatə edən təhlilin hazırlanması, tədqiqat və təhlil bacarıqlarının artırılması, qaçqınlar da daxil olmaqla miqrantlar üçün inteqrasiya xidmətlərinin göstərilməsi ilə bağlı institusional bacarıqların gücləndirilməsi, miqrasiya və sərhəd idarəçiliyi üzrə təlim potensiallarının artırılması, həmçinin miqrasiya üzrə məlumatlılığın yüksəldilməsinə dəstək verməkdən ibarətdir. Qeyd edilməlidir ki, 2021-2024-cü illəri əhatə edən layihənin hazırlanması prosesində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təklifləri də nəzərə alınıb.

Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın miqrasiya siyasəti və idarəçiliyinin əsas xüsusiyyətləri barədə geniş təqdimatlar edilmiş tədbirdə Ombudsman Aparatının sektor müdiri Turan Cahangirova da daxil olmaqla, aidiyyəti dövlət qurumlarının nümayəndələri və beynəlxalq ekpertlər iştirak ediblər.

Tədbir çərçivəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib. Yekunda miqrasiya idarəçiliyi sahəsində yeni prioritetlərə cavab verən bu layihə üzrə birgə fəaliyyətin səmərəli təşkil edilməsinin vacibliyi qeyd olunub.

Son xəbərlər

Orphus sistemi