Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2014-cü il tarixdə imzaladığı əfv sərəncamı sayca 58-ci olub. Bu barədə "Report"a Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib.
E.Süleymanovanın müraciətləri nəzərə alınaraq, sonuncu əfv sərəncamı ilə 11 məhkum əfv olunub. Fəaliyyəti dövründə ombudsmanın vəsatətləri üzrə ümumilikdə 455 məhkum, o cümlədən qadınlar, yeniyetmələr, ahıllar və digər məhkumlar əfv edilərək azadlığa buraxılıb.
Ombudsman Aparatının əməkdaşları əfv sərəncamının icrası ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2, 6, 10, 16 və 17 saylı cəzaçəkmə müəssisələrində, həmçinin müalicə müəssisəsində və Bakı İstintaq Təcridxanasında olublar.