Ombudsmanın müraciəti əsasında 72 məhkum azadlığa buraxılıb

Ombudsmanın müraciəti əsasında 72 məhkum azadlığa buraxılıb “Bizim müraciətlər əsasında 72 məhkum azadlığa buraxılmış, 3 nəfər ömürlük məhkumun cəzaçəkmə müddəti 25 ilə endirilmiş, həbsdə olan bir qrup şəxsin cəzaları yarıya qədər azaldılmışdır”.
Daxili siyasət
785
22 İyul , 2021 11:39
Ombudsmanın müraciəti əsasında 72 məhkum azadlığa buraxılıb

“Bizim müraciətlər əsasında 72 məhkum azadlığa buraxılmış, 3 nəfər ömürlük məhkumun cəzaçəkmə müddəti 25 ilə endirilmiş, həbsdə olan bir qrup şəxsin cəzaları yarıya qədər azaldılmışdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

“Bu da çox müsbət praktikadır və biz bunu çox yüksək dəyərləndiririk. Buna görə də biz Prezidentə insan hüquqlarının qorunmasında humanist siyasətinə, eyni zamanda Novruz bayramı ərəfəsində neçə-neçə məhkumu, onların ailələrini və bütövlükdə hamımızı sevindirdiyinə görə öz dərin təşəkkürümüzü bildiririk”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi