Ombudsmanın əməkdaşları Daxili Qoşunların "N" saylı hərbi hissəsində görüş keçirib

Ombudsmanın əməkdaşları Daxili Qoşunların "N" saylı hərbi hissəsində görüş keçirib İnsan hüquqları ilə bağlı çoxsaylı suallar cavablandırılıb
Daxili siyasət
16 Fevral , 2015 17:13
Ombudsmanın əməkdaşları Daxili Qoşunların N saylı hərbi hissəsində görüş keçirib

Bakı. 16 fevral. REPORT.AZ/ Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun əməkdaşları Daxili Qoşunların “N” saylı hərbi hissəsinə baxış keçiriblər. Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.

Baxışın məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq, hərbi qulluqçularla rəftar və şəxsi heyətin insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması olub.

Hərbi hissənin hərbi sirr təşkil etməyən bütün obyektlərinə baxış keçirilib, şərait, rəftar, qidalanma və müalicənin keyfiyyəti müsbət qiymətləndirilib. Şəxsi heyətlə insan hüquqları, o cümlədən mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparılıb və onların insan hüquqları ilə bağlı çoxsaylı sualları cavablandırılıb.

Görüş zamanı hərbi hissənin ərazisində ailəli zabitlər və gizirlər üçün 60 mənzilli beşmərtəbəli müasir tələblərə cavab verən binada son tamamlama işlərinin aparıldığı və həmin binanın yaxın günlərdə istifadəyə veriləcəyi məlum olub.

Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissə komandanlığına müvafiq tövsiyələr verilib.

Son xəbərlər

Orphus sistemi