Ombudsman uşaq televiziyasının yaradılmasını təklif edir

Ombudsman uşaq televiziyasının yaradılmasını təklif edir Bakı. 20 aprel. REPORT.AZ/ İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində uşaq televiziyasının yaradılması təklif olunur.
Daxili siyasət
20 Aprel , 2018 10:42
Ombudsman uşaq televiziyasının yaradılmasını təklif edir

Bakı. 20 aprel. REPORT.AZ/ İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində uşaq televiziyasının yaradılması təklif olunur.

“Report”un xəbərinə görə, məruzədə həmçinin televiziya kanallarında uşaq və gənclərin inkişafına ünvanlanmış və tərbiyəvi xarakterli verilişlərin hazırlanması, sosial reklamların yayımlanması, yeni hüquqi mexanizmlərin müəyyən edilməsi, həmçinin milli-mənəvi dəyərləri təbliğ edən internet portallarının yaradılması təklifi də əksini tapıb.

Son xəbərlər

Orphus sistemi