Ombudsman teleradio yayımı ilə bağlı inzibati məsuliyyətin müəyyən olunmasını təklif edib

Ombudsman teleradio yayımı ilə bağlı inzibati məsuliyyətin müəyyən olunmasını təklif edib Məruzə Milli Məclisin İnsan hüquqları komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq
Daxili siyasət
9 Mart , 2021 11:12
Ombudsman teleradio yayımı ilə bağlı inzibati məsuliyyətin müəyyən olunmasını təklif edib

Ombudsman Aparatı “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin (Proqrama verilən tələblər) tələblərinin pozulması ilə bağlı inzibati məsuliyyətin müəyyən olunması və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 384-cü maddəsinə müvafiq əlavələrin edilməsini təklif edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində bildirilib.

Qeyd edək ki, məruzə Milli Məclisin İnsan hüquqları komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi