Ombudsman nümayəndələri Suraxanı Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə baş çəkiblər

Ombudsman nümayəndələri Suraxanı Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə baş çəkiblər Müəssisə daxilində saxlanılan şəxslər fərdi qaydada qəbul edilərək dinlənilib
Daxili siyasət
1091
25 May , 2017 19:54
Ombudsman nümayəndələri Suraxanı Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə baş çəkiblər

 Bakı. 25 may. REPORT.AZ/ Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerinə (MSY) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.

Ombudsmanı mətbuat xidmətindən "Report"a verilən məlumat görə, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması, Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydalarına müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi, o cümlədən sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlanılma şəraiti ilə bağlı MSY-nin bütün kameralarına baxış keçirilib, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları və digər hüquqların təminatı vəziyyəti, saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən sənədləşmə öyrənilib, habelə rəftar məsələləri araşdırılıb, bu məqsədlə müəssisə daxilində saxlanılan şəxslər fərdi qaydada qəbul edilərək dinlənilib.

Qəbul edilmiş şəxslər MSY əməkdaşlarının onlarla rəftarından narazılıq etməyib, barələrində aparılan istintaqla bağlı hər birinə qaldırdıqları məsələlərə dair qanunvericiliyə uyğun şəkildə hüquqi məsləhətlər verilib, sənədləri araşdırılıb, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri izah olunub, Ombudsmana ünvanlanmış ərizə və müraciətləri qəbul olunub, habelə bəzi müraciətlər yerində təmin edilib.

Başçəkmənin yekunu Suraxanı Rayon Polis İdarəsinin rəhbərliyi ilə müzakirə olunmuş, MSY-nin əməkdaşlarına ünvanlanan hüquqi maarifləndirici söhbətlər aparılıb, sənədləşmənin təkmilləşdirilməsi və müraciətlərin təmini məsələsi müzakirə olunub, milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə müvafiq tövsiyələr verilib.

Son xəbərlər

Orphus sistemi